Azərbaycanda "TikTok"un fəaliyyətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb

Azərbaycanda \"TikTok\"un fəaliyyətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb
Gündəm 05 Noyabr 2022 18:37

Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Sitat.info xəbər verir ki, bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır.