Almaniya öz vətəndaşlarını İranı tərk etməyə çağırdı

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə çağırdı
Gündəm 03 Noyabr 2022 17:08

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.

Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya XİN yayıb. 

Məlumatda qeyd olunur ki, onların İranda həbs olunmaq riski mövcuddur. 

Həmçinin ikili vətəndaşlığı olan Almaniya vətəndaşlarının daha çox risk altında olduğu qeyd olunub. 

Qeyd edək ki, Almaniya Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib.