Rusiya klubu baş məşqçisini istefaya göndərib

Rusiya klubu baş məşqçisini istefaya göndərib
İdman 02 Noyabr 2022 17:28

Futbol üzrə Rusiya Premyer Liqasında çıxış edən "Soçi" klubu baş məşqçisi Vadim Qaraninlə yollarını ayırıb.

Sitat.info "championat" nəşrinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Qaranini kimin əvəzləyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, "Soçi" Rusiya Premyer Liqasında 15 turdan sonra 21 xalla 9-cu pillədə qərarlaşıb.