“Twitter”in yaradıcısı yeni sosial şəbəkə qurdu

“Twitter”in yaradıcısı yeni sosial şəbəkə qurdu
Dünya 31 Oktyabr 2022 08:45

"Twitter"in həmtəsisçisi Cek Dorsi "Bluesky Social" adlı yeni sosial şəbəkə yaradıb.

Musavat.com bildirir ki, yeni platforma digərlərindən fərqlənəcək.

İstifadəçilər digər sosial şəbəkələrdəki hesab və məlumatlarını "Bluesky Social"a köçürə biləcəklər.

Qeyd edək ki, yeni şəbəkənin yaradılması işlərinə 2019-cu ildə başlanılıb. Hazırda sosial şəbəkə test rejimindədir.