Şahin Bağırov idarə statusunda şöbə yaratdı, xanım rəis təyin etdi

Şahin Bağırov idarə statusunda şöbə yaratdı, xanım rəis təyin etdi
Gündəm 29 Oktyabr 2022 15:38

Dövlət Gömrük Komitəsində idarə statusunda yeni şöbə yaradılıb.

“Sitat.info”nun əldə etdiyi məlumata görə, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmri imzalayıb.

Əmrə əsasən, Dövlət Gömrük Komitəsinin Məxfi sənədlərlə iş şöbəsi yaradılıb və Əsədova Rüfanə Salman qızı rəis təyin edilib.

/Qaynarinfo