Bakı Su İdman Sarayı Türkiyə bayrağı ilə işıqlandırılıb

Bakı Su İdman Sarayı Türkiyə bayrağı ilə işıqlandırılıb
Gündəm 29 Oktyabr 2022 10:31

Türkiyənin Cümhuriyyət Günü münasibətilə Bakı Su İdman Sarayı qardaş ölkənin bayrağı ilə işıqlandırılıb.

Sitat.info xəbər verir ki, şəhərin müxtəlif yerlərindən idman sarayının üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

İşıqlandırma Bakı Su İdman Sarayı tərəfindən həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin yaradıldığı gündür.