Paşinyan ilin sonunadək Azərbaycan ilə sülh müqaviləsi imzalamaq istəyir

Paşinyan ilin sonunadək Azərbaycan ilə sülh müqaviləsi imzalamaq istəyir
SİYASƏT 26 Oktyabr 2022 17:48

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin sonuna qədər Azərbaycan ilə sülh müqaviləsi imzalamaq istədiyini ifadə edib.

Sitat.info-nun “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, o, parlamentdə deyib ki, hökumət bunun üçün lazım olan hər şeyi edir.

“Çalışacağıq ki, müqavilə imzalananadək sərhədlərin delimitasiyası başa çatdırılsın”, - N.Paşinyan bildirib.