Minaya düşən Semyon Peqovun son vəziyyəti açıqlandı - VİDEO

Minaya düşən Semyon Peqovun son vəziyyəti açıqlandı - VİDEO
Dünya 24 Oktyabr 2022 12:24

Ötən gün ermənipərəst hərbi jurnalist Semyon Peqov Ukraynada piyada əleyhinə "lepestok" minasının partlaması nəticəsində yaralanıb.

Sitat.info xəbər verir ki, hadisənin Donetsk yaxınlığında baş verdiyi bildirilir.

Donetsk həkimlərinin sözlərinə görə, Peqovun sağ ayağının iki barmağında açıq sınıq və ayağın pəncə hissəsində kəsikləri var.

Məlumata görə, Peqovun vəziyyəti orta-ağır qiymətləndirilir. 6-8 həftə ərzində əsa ilə gəzməli olacaq.//Manset.az