Şəmkirdə 43 yaşlı kişi odlu silahla qətlə yetirildi

Şəmkirdə 43 yaşlı kişi odlu silahla qətlə yetirildi
KRİMİNAL 22 Oktyabr 2022 17:03

Şəmkirdə odlu silahla qətl törədilib.

Sitat.info-nun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib. 1979-cu il təvəllüdlü Ruslan Bayramov ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib. 

Hələlik hadisənin kim tərəfindən və hansı səbəblə törədildiyi məlum deyil.

Qətli törədən şəxsin tapılaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.