Şuşada Türkiyənin konsulluq xidməti olsun - Politoloqdan maraqlı təklif
"Türkiyənin Şuşada konsulluq xidmətinin fəaliyyətə başlaması vacibdir. Ankara həmin günü səbirsizliklə gözləyir. Ermənistandan və İrandan Qarabağa təhlükənin miqyası azalmayıb. Əlbəttə, güclü ordumuz təcavüzkarlara qarşı ayıqdır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ancaq Azərbaycanı hədəf almaq istəyənlər bilməlidirlər ki, Qarabağ istiqamətində bizə yenə də problem yaratmaq istəsələr qarşılarında Türkiyəni görəcəklər: " Bu baxımdan Şuşada konsulluq xidməti Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevrilməlidir. Bunu ləngitmək olmaz".
Nərmin,
SİTAT.İNFO