Rusiya ordusu Ukraynanın Lvov vilayətinə raket zərbəsi endirib

Rusiya ordusu Ukraynanın Lvov vilayətinə raket zərbəsi endirib
Dünya 13 Oktyabr 2022 21:31

Rusiya ordusu Lvov vilayətinə raket zərbəsi endirib.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində hərbi obyektlərdən birinə ziyan dəyib.

“Hərbi əmlak məhv edilib, itki yoxdur”, - Lvov polis idarəsinin rəisi Maksim Kozitskiy bildirib.

O, Lvov vilayətinə 3 raket atıldığını, onlardan birinin hava hücumundan müdafiə sistemi ilə vurulduğunu deyib.