İrandakı zəlzələdə 400-ə yaxın insan yaralandı - Yenilənib

İrandakı zəlzələdə 400-ə yaxın insan yaralandı - Yenilənib
HADİSƏ 05 Oktyabr 2022 11:42

Xəbər verdiyimiz kimi, İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində 5,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 276 nəfər yaralanıb.

Xatırladaq ki, zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

***

11:40

“İSNA” agentliyinin məlumatına görə, İranda zəlzələdə yaralananların sayı 390-a çatıb. Onlardan 135-i xəstəxanaya çatdırılıb.