ABŞ-da helikopter çimərlik yaxınlığında qəzaya uğrayıb, yaralılar var
ABŞ-ın Florida ştatının Mayami-Biç şəhərində helikopter çimərlik yaxınlığında qəzaya uğrayıb.
Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis bildirib ki, yaralıların həyatı üçün təhlükə yoxdur. Hüquq-mühafizə orqanlarının yaydığı qəza videosunda həmin an çimərlikdə çoxlu insanın olduğu görünür.
Hadisə yerinin fövqəladə hallar xidmətinin işi üçün bağlı olduğu bildirilir./report