İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçilib

İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçilib
Gündəm 19 Fevral 2022 11:46

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.

"Report"un məlumatına görə, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın prezidenti seçilib.

Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.