Kanadadan 62 Rusiya vətəndaşına qarşı sanksiya

Kanadadan 62 Rusiya vətəndaşına qarşı sanksiya
Dünya 23 Avqust 2022 20:39

Kanada 62 Rusiya vətəndaşına, o cümlədən ölkənin 27 regionunun qubernatorlarına qarşı sanksiya tətbiq edib.

“Sitat.info” xəbər verir ki, sənəd Kanada hökumətinin saytında dərc olunub.

Qubernatorlardan başqa, Kanadanın sanksiyalar siyahısına Rusiyanın müdafiə sənayesi sektorunun müəssisələri, o cümlədən “Rostex”, “Almaz-Antey”, “Kalaşnikov” kimi müəssisələrin rəhbərliyinin adları da daxildir.

Qeyd edək ki, Ottava Rusiyanı beynəlxalq sülh və təhlükəsizliyi ciddi surətdə pozmaqda təqsirləndirir.