KİV: Krımdakı partlayışı Ukraynanın elit hərbi dəstəsi törədib

KİV: Krımdakı partlayışı Ukraynanın elit hərbi dəstəsi törədib
Dünya 16 Avqust 2022 17:41

Bu gün Rusiyanın nəzarəti altında olan Krımın Cankoya rayonunda hərbi hissədə partlayışı Ukraynanın elit hərbi dəstəsi törədib.

Sitat.info Unian.net-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın The New York Times qəzetinə yüksək rütbəli ukraynalı hərbçi deyib.

Məlumatda ukraynalı elit hərbçilərin Rusiyanın nəzarəti altında olan ərazilərdə fəaliyyət göstərdiyi bildirilib.

Dəstənin adı və üzvlərinin sayı barədə heç bir məlumat verilməyib.