Şabranda yanğın kəndlərə çatır: Sakinlər təşvişdə...

Şabranda yanğın kəndlərə çatır: Sakinlər təşvişdə...
SOSİAL 16 Avqust 2022 13:23

Şabranın bir neçə kəndinin ətrafı oda-alova bürünüb.

SİTAT.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

Qeyd olunur ki, kənd sakinləri artıq alovun kəndin içinə çatdığını deyirlər: " Böyük faciələr yaşanmamış yanğın söndürülməlidir. Kənd sakinləri təşviş içindədir".