Nazarbayev Qazaxıstan TŞ sədri vəzifəsindən çıxarıldı

Nazarbayev Qazaxıstan TŞ sədri vəzifəsindən çıxarıldı
Gündəm 05 Yanvar 2022 17:37

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

 

Bakupost.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.

“Bu gündən etibarən bu vəzifəni mən tutacağam”, - o bildirib.

 

Prezident heç bir halda paytaxt Nur-Sultanı tərk etməyəcəyini vurğulayıb.