Yolda təmir "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq yaradıb - FOTO

Yolda təmir \"Koroğlu\" metrostansiyası istiqamətində sıxlıq yaradıb - FOTO
Gündəm 10 Avqust 2022 14:47

Paytaxtın Ziya Bünyadov prospektində, Daxili İşlər Nazirliyi hospitalının qarşısında "Koroğlu" metrosu istiqamətində təmir işləri aparılır.

Bu barədə Sitat.info-ya Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən xəbər verilib.

Qeyd olunub ki, bu səbəbdən həmin istiqamətdə sıxlıq müşahidə olunur.