TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqlayıb -

TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqlayıb -
SOSİAL 09 Avqust 2022 15:32

"Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib". 

Bu barədə Sitat.info-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir: "Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır".