Əfqanıstandakı partlayışı İŞİD üzərinə götürdü

Əfqanıstandakı partlayışı İŞİD üzərinə götürdü
Dünya 06 Avqust 2022 21:34

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Axar.az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış nəticəsində 22 nəfər yaralanıb.

Bölgəyə xeyli sayda təcili yardım göndərilib.

***

İŞİD Əfqanıstanın paytaxtı Kabildə 2 nəfərin ölümü, 22 nəfərin yaralanması ilə nəticələnən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə “Röyters” məlumat yayıb.