Ukraynadan taxıl ixracı davam edir: Navistar gəmisi də yola çıxdı
Ukraynadan taxıl daşınması davam edir. 33 min ton qarğıdalı yüklü "Navistar" adlı ikinci gəmi Odessadan yola düşüb.
Malta bayraqlı "Rojen" adlı gəminin gedişi Birgə Koordinasiya Mərkəzi tərəfindən anbaan izlənilir -deyə bildirilib.
Ukraynanın Çernomorsk limanında gözləyən Türkiyə bayraqlı “Polarnet” adlı gəmi də Karasuya gəlmək üçün yola düşüb. 12 min ton qarğıdalı daşıyan gəmi Qara dənizə çatmazdan əvvəl İstanbulun şimalında Müştərək Təftiş Qrupu tərəfindən yoxlanılacaq.
Ləman Sərvanqızı
SİTAT.İNFO