Mütəxəssislərdən günəş fırtınası xəbərdarlığı! Peyklər sıradan çıxa bilər...
Mütəxəssislər Günəşdə açılan dəlik nəticəsində günəş fırtınasının dünyaya təsir edəcəyini açıqlayıb.
Bundan əlavə, geomaqnit qasırğaları ilə daha ciddi təsirlərin baş verə biləcəyi ehtimalına diqqət çəkilib.
Məlumdur ki, tac dəlikləri hər an yarana bilər, lakin onların “günəş minimumu” dövründə daha çox rast gəlindiyi bildirilir.
Günəşdə hərəkət intensivliyinin artdığı dövrə daxil olduğu vurğulanır.
NOAA-nın açıqladığı G1 tipli fırtınanın yuxarı səviyyəsi olan G2 tipli fırtınalarda enerji sistemlərində problemlər yarana, kosmik gəminin istiqaməti dəyişə və peyk naviqasiyası müvəqqəti olaraq dayana bilər.
Ləman Sərvanqızı
SİTAT.İNFO