Şirvan-Salyan yolunda 3 maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Şirvan-Salyan yolunda 3 maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO
HADİSƏ 02 Avqust 2022 18:18

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.