Paytaxtın mərkəzindəki yaşayış binasında yanğın olub

Paytaxtın mərkəzindəki yaşayış binasında yanğın olub
HADİSƏ 01 Avqust 2022 20:53

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Sitat.info-ya verilən xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, pilləkən qəfəsində elektrik lövhəsi yanıb.

Hazırda yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.