Dəmir barmaqlıqlar arasında qalan uşaq belə xilas edildi - Video

Dəmir barmaqlıqlar arasında qalan uşaq belə xilas edildi - Video
HADİSƏ 22 İyul 2022 10:09

Xırdalanda azyaşlının başı dəmir barmaqlıqlar arasında qalıb.

"Sitat.info" xəbər verir ki, FHN-in “112” qaynar xəttinə daxil olan müraciət əsasında nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2015-ci il təvəllüdlü uşağın başı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlıqları arasında sıxılı halda qalaraq təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas edərək ailəsinə təhvil veriblər.

Dəmir barmaqlıqlar arasında qalan uşaq belə xilas edildi - Video Dəmir barmaqlıqlar arasında qalan uşaq belə xilas edildi - Video