Ermənilərin atəş açdığı “Bakcell ”in əməkdaşının görüntüləri yayıldı

Ermənilərin atəş açdığı “Bakcell ”in əməkdaşının görüntüləri yayıldı
HADİSƏ 30 Dekabr 2021 14:31

Bu gün qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda "Bakcell" əməkdaşına atəş açıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.

Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.

Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Onun həyatı təhlükəsinin olmadığı bildirilib.

Ermənilərin atəş açdığı “Bakcell ”in əməkdaşının görüntüləri yayıldı Ermənilərin atəş açdığı “Bakcell ”in əməkdaşının görüntüləri yayıldı