Narışkin İrəvana getdi, Mişustin Paşinyanla danışdı

Narışkin İrəvana getdi, Mişustin Paşinyanla danışdı
SİYASƏT 18 İyul 2022 17:00

Rusiyanın Baş naziri Mixail Mişustinlə Ermənistan hökumətinin başçısı Nikol Paşinyan arasında telefon danışığı olub.

Sitat.info xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Rusiya ilə Ermənistan arasında əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Nikol Paşinyan Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib.