Erməni əsgəri döyüş mövqeyində öldürüldü

Erməni əsgəri döyüş mövqeyində öldürüldü
HADİSƏ 14 İyul 2022 14:49

Ermənistan ordusunun əsgəri döyüş mövqeyində ölüb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2003-cü il təvəllüdlü Arsen Manukyan bu gün səhər saatlarında başından aldığı güllə yarasından yerindəcə keçinib.

Olayın şərq istiqamətində baş verdiyi qeyd edilib.

Hadisənin təfərrüatı araşdırılır.