Beyləqanda fermada yanğın olub

Beyləqanda fermada yanğın olub
HADİSƏ 10 İyul 2022 20:50

Beyləqan rayonunun Mil qəsəbəsində ferma ərazisində ümumi sahəsi 56 m² olan qamışdan ibarət talvar yanıb.

Sitat.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.