Xarkov yenidən atəş altında: 62 yaşlı sakin yaralandı - FOTO

Xarkov yenidən atəş altında: 62 yaşlı sakin yaralandı - FOTO
Dünya 10 İyul 2022 11:26

Rusiyalılar Xarkov şəhərini yenidən atəşə tutublar.

Bu haqda Xarkov vilayət prokurorluğu məlumat yayıb.

Xəbərə görə, raketlərdən biri təhsil müəsissəsinin ərazisinə düşüb və onu dağıdıb.

Digər raket isə fərdi yaşayış evinə düşüb. Nəticədə 62 yaşlı sakin yaralanıb.

Zərbə yaxınlığda yerləşən uşaq sanatoriyasına da təsir edib.//oxu.az