Şri-Lankada etirazçılar prezident iqamətgahına daxil olublar

Şri-Lankada etirazçılar prezident iqamətgahına daxil olublar
Dünya 09 İyul 2022 16:36

Şri-Lankanın paytaxtı Kolomboda etirazçılar ölkə prezidenti Qotabaya Racapakasanın iqamətgahına daxil olublar.

Trend-in məlumatına görə, bu barədə "Frans-Press" agentliyi bildirir.

Qeyd olunur ki, dövlət başçısı etirazçıların əraziyə daxil olmasından qısa müddət əvvəl iqamətgahı tərk edə bilib. Hazırda onun yeri barədə məlumat verilmir.

Şri-Lankada sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir.

Hazırda Şri-Lankanın xarici borcları 51 milyard dollara çatıb. Bir neçə ay əvvəl ölkə borclarla bağlı defolt elan etmişdi.