Rusiya BMT TŞ-ın Suriya ilə bağlı qətnaməsinə veto qoyub

Rusiya BMT TŞ-ın Suriya ilə bağlı qətnaməsinə veto qoyub
Dünya 08 İyul 2022 22:46

Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya transsərhəd yardım mexanizminin uzadılmasına dair Qərbin qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edib.

SİTAT.İNFO "report"a istinadən xəbər verir ki, Çin səsvermədə bitərəf qalıb, Təhlükəsizlik Şurasının qalan üzvləri layihəni dəstəkləyib.

İrlandiya və Norveç tərəfindən hazırlanan sənəddə mexanizmin bir il - 2023-cü ilin iyul ayına qədər davam etdirilməsi nəzərdə tutulurdu.