Güclü külək ağacı maşının üzərinə aşırdı - Foto

Güclü külək ağacı maşının üzərinə aşırdı - Foto
HADİSƏ 07 İyul 2022 15:07

Gəncədə küləkli hava şəraiti nəticəsində iri gövdəli ağac avtomobilin üzərinə aşıb.

Sitat.info Report-a istinadən xəbər verir ki, şəhərdə əsən külək nəticəsində Yeni Gəncə qəsəbəsində iri gövdəli ağac VAZ-2106 markalı avtomobilin üzərinə aşıb.

Nəticədə minik avtomobilinə ciddi zərər dəyib. Ağacın aşması nəticəsində həmçinin yaxınlıqda olan idman zalının şüşələri sınıb.

Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.