Bakıda ağır QƏZA - Avtobus minik avtomobili ilə toqquşdu

Bakıda ağır QƏZA - Avtobus minik avtomobili ilə toqquşdu
HADİSƏ 07 İyul 2022 12:17

Mehdiabad qəsəbəsində “Çinar Trans” MMC-nin istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JZ 281 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. 


Bizim.Media xəbər verir ki, avtobus dönmə əməliyyatı edərkən minik avtomobili ilə toqquşub.

Qəza avtobus depodan reysə çıxmaq üçün Qaraçuxur qəsəbəsinə gedən zaman baş verdiyindən nəqliyyat vasitəsi boş olub. Minik avtomobilində olan iki nəfər xəsarət alıb. 

Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.