İsa Qəmbər şikayət etdi, məhkəmə icraata götürdü

İsa Qəmbər şikayət etdi, məhkəmə icraata götürdü
Gündəm 30 İyun 2022 15:39

“Bildiyiniz kimi, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərə pensiya əvəzinə, 180 manatlıq müavinət təyin olunub. Bununla bağlı Bakı Şəhər İnzibati Məhkəməsinə göndərdiyimiz müraicətimiz artıq icraata götürülüb”.

Bu sözləri Pravda.az-a açıqlamasında İ.Qəmbərin vəkili Nemət Kərimli deyib.

N.Kərimli bildirib ki, məhkəmə prosesinin vaxtı məlum deyil.