Cəlilabadda iki maşın toqquşub, ölən var

Cəlilabadda iki maşın toqquşub, ölən var
HADİSƏ 29 İyun 2022 15:05

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.

Sitat.info xəbər verir ki, hadisə Göytəpə şəhərində qeydə alınıb. "VAZ-2107" və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində bir sərnişin ölüb. Xəsarət alan sürücülər isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

/Apa