Şəkidə “ZİL” aşdı – ÖLƏN VAR

Şəkidə “ZİL” aşdı – ÖLƏN VAR
HADİSƏ 24 İyun 2022 14:55

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində "ЗИЛ" markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 


Sitat.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1963-cü il təvəllüdlü Hacırəhimov Mahir Zakir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.