Sabirabadda qəza: Bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Sabirabadda  qəza: Bir nəfər ölüb, iki nəfər xəsarət alıb
HADİSƏ 24 Avqust 2026 09:16

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral yolunun rayonun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.