Sumqayıtda GÜCLÜ YANĞIN: Zəhərlənənlər var

Sumqayıtda GÜCLÜ YANĞIN: Zəhərlənənlər var
HADİSƏ 22 Avqust 2026 19:39

Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib.

Hadisə yataqxananın dəhlizində qeydə alınıb.

Yanğın zamanı iki nəfər: yataqxanada yaşayan 1999-cu il təvəllüdlü Hüseynov Şahin Maşallah oğlu və anası, 1978-ci il təvəllüdlü Hüseynova Yusifə Nəsib qızı tüstüdən zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır. (Report)