Psixiatriya xəstəxanasında meyit tapıldı

Psixiatriya xəstəxanasında meyit tapıldı
HADİSƏ 21 Avqust 2026 14:32

Qazax Rayon Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.

Sitat.info  “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bu gün baş verib.

Tovuz rayon sakini 1995-ci il təvəllüdlü R.Qarayevin xəstəxanada meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırmaya başlanılıb.