Cümşüd Məmmədov Laçında dəfn olundu

Cümşüd Məmmədov Laçında dəfn olundu
HADİSƏ 21 Avqust 2026 13:17

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cümşüd Məmmədov dəfn olunub.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Laçın şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, ailəli olub, lakin övladı olmayıb.

Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilib. (Report)