İran Trampın təhdidinə cavab verdi

 İran Trampın təhdidinə cavab verdi
Dünya 20 Avqust 2026 11:25

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidenti Donald Trampın İrana qarşı “İqtisadi D-Günü” adlandırdığı genişmiqyaslı iqtisadi kampaniya ilə bağlı açıqlama verib.


Sitat.info-nun xarici mediaya istinadən yazdığı məlumata görə, Əraqçı “X” hesabında yazıb ki, ABŞ-nin İrana qarşı hazırladığı iqtisadi tədbirlər Vaşinqtonun öz iqtisadi böhranından diqqəti yayındırmaq cəhdidir.

“İqtisadi D-Günü” adlandırılan bu addım Amerikanın öz böhranından — yüksək borc və sürətlə artan faiz xərclərindən — diqqəti yayındırmaq cəhdidir. Uğursuz siyasətdə israr etmək yalnız daha böyük məğlubiyyətə və iranlıların düşmənçiliyinin artmasına gətirib çıxaracaq. ABŞ-nin iqtisadi terror siyasəti qlobal iqtisadiyyatı və digər dövlətlərin suverenliyini təhdid edir", - deyə, nazir yazıb.

Səid,

Sitat.info