Ermənistanda hərbçiləri maşın vurdu - 1 ölü, 6 yaralı

Ermənistanda hərbçiləri maşın vurdu - 1 ölü, 6 yaralı
HADİSƏ 20 Avqust 2026 10:59

Ermənistanda bir qrup hərbçini maşın vurub.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Hadisə Geqargunik vilayətində qeydə alınıb. Belə ki, “QAZ-53” yük avtomobili naməlum səbəblərdən bir qrup hərbçiyə çırpılıb. 

Qəza nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb. 

Məsələ ilə bağlı araşdırma aparılır.