Güzdəkdə daş karxanasında dəhşətli hadisə

Güzdəkdə daş karxanasında dəhşətli hadisə
HADİSƏ 17 Avqust 2026 14:22

Abşeron rayonu Daş Güzdək qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Cəlilabad rayon sakini 1961-ci il təvəllüdlü Rabil Əsgər oğlu Zərbəliyevin işlədiyi karxanada ehtiyatsızlıqdan ayağı qurğuda ilişərək xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.