Dairəvi yolda yük maşını aşdı - Tıxac yarandı - Foto

Dairəvi yolda yük maşını aşdı - Tıxac yarandı - Foto
HADİSƏ 17 Avqust 2026 10:20

Paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi yolda qəza baş verib.

Sitat.info Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.