Kolumbiyada zəlzələdə ölənlərin sayı 254 nəfərə çatıb

Kolumbiyada zəlzələdə ölənlərin sayı 254 nəfərə çatıb
Dünya 12 Avqust 2026 13:48

Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 254 nəfərə çatıb.

Bu barədə Sitat.info Reuters-ə istinadən məlumat verir.

Son məlumatlara görə, daha 3 minə yaxın insan itkin düşmüş hesab olunur.

Hazırda zəlzələdən zərər çəkən ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.