Asim Xudiyev Avropa Liqasının oyununa təyinat aldı

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat aldı
Gündəm 06 Avqust 2026 19:25

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Sitat.info xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

O, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 13-də keçiriləcək “Eqnatia” (Albaniya) - “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionunda baş tutacaq