İran Küveytdə Çin şirkətinin binasını vurdu: Ölən var

İran Küveytdə Çin şirkətinin binasını vurdu: Ölən var
Dünya 30 İyul 2026 11:45

Bu gün İran tərəfindən həyata keçirilən hücum zamanı ölkənin şimalında yerləşən Çin şirkətinə məxsus binaya zərbə endirilib.

Sitat.info xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin sözçüsü bildirib. 

Nazirliyin sözçüsünün X platformasındakı paylaşımında qeyd olunub ki, hücum nəticəsində həmin ərazidə çalışan bir işçi həyatını itirib və binaya ciddi ziyan dəyib.

Açıqlamada hücuma məruz qalan Çin şirkətinin adı açıqlanmayıb.

Nigar,

Sitat.info