Bakıda güclü külək: 48 ağac aşdı

Bakıda güclü külək: 48 ağac aşdı
HADİSƏ 28 İyul 2026 10:45

Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.

Sitat.info xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.

Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, budaqların budanmasını təmin ediblər.